15 Şubat 2016 Pazartesi

“ Mən sənin valideyninəm və sənin üçün nəyin yaxşı olacağını daha yaxşı bilirəm”



Ətrafımızda,yaxınlarda olan bir çox valideynlərdən bu sözləri eşitmişik:
-”Mən anayam,sənin üçün nəyin yaxşı olacağını bilirəm”.
Bir çox valideynlər ümumiyyətlə övladının nə istədiyini soruşmurlar,onların istəklərini  nəzərə almırlar.Övladlarını  daima başqa uşaqlarla(qonşu uşaqları,qohumdakı uşaqlarla )müqaisə edirlər.Valideynlərin əksəriyyətinin övladlarından gözləntiləri çox böyükdürI
”Qonşunun oğlu bütün günü oxuyur,heç çölədə çıxmır,sən heç düz-əməlli 2 saat oturub dərs oxumursan”
Uşağın öyrənmə qabiliyyətini nəzərə almadan,daim oxumağı,çalışmağı tələb edirlər.Uşaqların kimlərləsə müqaisə edilməsi onların motivasiyalarını daha aşağı sala bilər.Ola bilərki müqaisə etmək bəzən işəyarasın ,lakin bu övladınızı çox böyük stresə salar.Bu istəklər,tələblər sadəcə psixoloji deyil,eyni zamanda  fizioloji problem yaradır.Valideynlər sadəcə təhsildə,oxumaqda deyil,en kiçik qərarlardan, böyük qərarlara qədər övladlarının hər bir seçiminə müdaxilə edir.
   Övladlarının onların qəraları ilə hərəkət etmələrini istəyirlər:
”Mənidə atam- anam evləndirib,gör necə xoşbəxtəm”, “mənim neçə yaşım var ,səndən çox bilirəm,həyat təcrübəm var”kimi sözləri mütləq ki,hər kəs həyatında eşidib.Həyatınızda hər hansısa bir hadisə,bir qərar,bir seçim sizi xoşbəxt edibsə,bu seçiminizdən razı qalmısınızsa ,bu övladınız üçün də keçərli deyildir.Mən tamami ile övladınızı nəzərətsiz qoyun,bildiyini etsin demirəm ,bununda təbiki mənfi nəticələri olur.Övladınızın səhv etməyindən qorxa bilərsiniz.Anma  siz nə qədər çalışsanız da yalnış qərarlar hərzaman həyatımızda olacaq.İnsan yanlışlar edərək inkişaf edir.
Bir düşünün ömrünün sonuna qədər bədbəxt,həvəssiz,ümidsiz bir evladmı,yoxsa heyatının önəmli qərərarlarını verə bilən,öz ayaqları üzərində dura bilən bir övladmı görməkmi istəyirsiniz?


Psixoloq  Nərgiz Əzimzadə



Related Posts:

  • Sürü psixologiyası                                            Bu qavram ilk dəfə 1848ci ildə Amerikanın siyasət sistemində istifadə … Read More
  • Travma         Travma insanın ego bütünlüyünü təhdid edən,onun ruhunu sarsıdan hər hansı bir şiddətli faktordur. Travmada həyatımıza,bədənimizə,inanclarımıza,sevdiklərimizə qarşı bir təhdid var.Travma qəfil… Read More
  • Psixoloji Konsultasiya nədir?       Psixoloji konsultasiya fərdin özünü tanıması,özünü dərk etmək bacarığını qazanması, problemi təyin etmək və həlli yolları tapmağı,qərar verməsi,potensialını artırması, cəmiyyət içində sağlam müna… Read More
  • Öyrənilmiş çarəsizlik (Learned Helplessness)      Çarəsizlik öyrənilir.Yaşadığımız travmalar nəticəsində meydana çıxır. Bu nəzəriyyə 1977ci ildə Amerikalı psixoloq Martin Seligman öyrənmək prosesini tədqiq etmək məqsədilə aparılan təcrübələr nəticə… Read More
  • Burnout ( Tükənmişlik sindromu) Son zamanlarda yeni iş mühiti, idarəetmə sistemi, görülən işlərin keyfiyyəti, rəqabət və sair səbəblərə bağlı olaraq ortaya çıxan tükənmişlik sindromuna nəzər salaq. Burnout iş mühitində rast gəlinən psixoloji stresin bi… Read More

0 rəy :

Yorum Gönder