11 Şubat 2016 Perşembe

Simbioz-Simbiotik bağ


Simbioz ümumi olaraq birlikdə yaşamaq mənasını verir.Psixiatriada 2 insan arasında həddindən artıq bağlılıq (asılılıq) və qarşılıqlı bir-birindən istifadə etmək və ya tərəflərdən birinin yaşamaq üçün parazit kimi digərindən istifadə etməsiylə yaranan münasibət növüdür.
Bu termin həm də körpənin inkişafında anasına tam olaraq bağlı olduğu və bu səbəbdən də nə fiziki nə də ruhən özünü anasından ayrı görmədiyi bir mərhələ üçün də istifadə olunur. Normal qəbul olunan bu mərhələni keçə bilməmək ağır patologiyalara gətirib çıxarır. Yenidoğulan körpənin anadan asılı olduğu mərhələ var. Bu mərhələnin olması ehtiyaclardan qaynaqlanır. Yenidoğulan körpə ehtiyaclarını ancaq ağlayaraq dilə gətirir və bu ehtiyaclarının qarşılanması üçün başqalarına ehtiyacı vardır.Bu vəziyyət körpənin anadan asılı bir münasibət yaşamasına yəni simbioza səbəb olur.Məhz bu nöqtədə simbioz mütləq qurulması lazım olan münasibətdir. Ancaq simbiotik münasibətin uşağın 3 yaşına doğru azadlığını,sərbəstliyini qazanması ilə sonlandırılması lazımdır.Bizim cəmiyyətdə, ailələrdə xüsusən bu münasibətin böyük yaşlarda da davam etdirildiyini görürük. Məsələn:valideynlərin uşaqlarının yeməklərini bitirdiyi halda onların daha çox yeməklərinin lazım olduğunu düşünməsi,gecə yatan uşağın üşüyəcəyini düşünərək artıq yorğandan istifadə etməsi,özlərinin uşaqlarını daha qalın geyindirmədikləri vəziyyətdə xəstələnəcəklərini düşünməsi,yaxşı bir evlilik üçün mütləq özlərinin seçdiyi biri ilə evlənməsini istəmələri,ana atanın uşağı üçün seçdiyi işdə və sənətdə uğurlu olacağını düşünməsi və sair.Bütün bu misallar simbiotik münasibəti davam etdirən valideynlərin uşaqlarını sərbəst buraxarlarsa onların özlərini idarə edə bilməyəcəkləri inancına,düşüncəsinə malik olduğunu göstərir.Qərb cəmiyyətində isə valideynlər uşaqların bəlli yaşdan sonra öz ayaqları üzərində durmaqları üçün onları dəstəkləyirlər.Özləri çalışıb özlərinin maddi həm də mənəvi ehtiyaclarının ödəməyi öyrənirlər.Hər iki həm qərb həm şərq cəmiyyətlərinə baxdığımızda müsbət və mənfi cəhətləri gör bilərik.Qərb mədəniyyətində uşaqlar öz həyatlarını özləri müəyyən etmələri yolunda ailələri tərəfindən dəstəklənməsi bəzən ailə bağlarının qopması müşahidə olunur.Bizim cəmiyyətdə də 25- 30 yaşlarına qədər bütün ehtiyacları qarşılanan məhsuliyyətlərini və vəzifələrini yerinə yetirə bilməyən ana,atadan asılı amma ailə bağlarının qüvvətli olduğu fərdlər yetişdiririk.Simbiotik münasibətin təhsilə olan təsiri ilə bağlı misallar versək:məktəbə yeni gedən uşağın ana,atası ilə sinifə girmək istəməsi,şagirdin özünə gələcək işini seçərkən ana,atasının təsiri və təzyiqi ilə davranması və sair misallar hamımızın yaşadığı və ətrafında şahidi olduğu hadisələrdir.Burda da vəziyyət valideynlərin uşaqların özbaşına qərar verə bilməyəcəyi ya da səhv qərarlar verəcəyi ilə bağlı inanc və düşüncələrdən qaynaqlanır.

Uğur inkişaf mərkəzinin mütəxəssisi psixoloq Nərgiz Qaravəliyeva

Related Posts:

  • Əmziyi buraxma zamanı Uşaqlar böyüdükcə keçilməsi lazım olan hər mərhələ də getdikcə çətinləşir. Bura tualet vərdişi, barmaq əmmə, əmziyi tərgitmə və s. daxildir.Amerika Pediatriya Akademiyası, yuxu əsnasında əmzik istifadə edilməsinin ani kö… Read More
  • Əmzik Pərisi metodu   Melissa Burnett'in yazdığı, gecələri böyük uşaqların əmziklərini yığıb, bunları əmzikləri olmadığı üçün ağlayan yeni doğulan körpələrə aparan Palina adlı pərinin hekayəsindən bəhs etmək istəyirəm. Metod 2 yaşdan so… Read More
  • Saç yemə vərdişi          Saçlar ilə oynama davranışı, xalq arasında da məşhur bilinən bədən dili nümunəsi olaraq göstərilir. Ancaq bəzilərinin (xüsusilə də xanımların) davamlı saçlarını ağızlarına apardığını, doda… Read More
  • Uşaqlarda dırnaq yemə vərdişinin aradan qaldırılması Ümumi olaraq valideynlər dırnaq yemə vərdişi olan uşaqlarına fiziki cəza , psixoloji cəza ya da təzyiq etmədən onlarda bu davranışı dəyişdirə bilərlər. Valideynlərə bu mövzuda kömək edə biləcək bir sıra təkliflər: -Uşaqla… Read More
  • Bir Ananın autizmli Dünyası Ailə həyatı quranda 23 yaşım var idi.Bir müddət sonra hamilə olduğumu öyrəndik. 9 ay sonra əkiz körpələrimi qucağıma alacaqdım.Çox sevincli idik.Hamiləliyim çətin irəliləyirdi.2- ci ayımda ağrılı dönəmlə üzləşdiyim üçün hək… Read More

0 rəy :

Yorum Gönder