9 Mart 2016 Çarşamba

Psixoloji Konsultasiya nədir?

    

 Psixoloji konsultasiya fərdin özünü tanıması,özünü dərk etmək bacarığını qazanması, problemi təyin etmək və həlli yolları tapmağı,qərar verməsi,potensialını artırması, cəmiyyət içində sağlam münasibət qurması,özünü hər tərəfli inkişaf etdirməsi üçün mütəxəssislər tərəfindən verilən profesional xidmətdir.
      Psixoloji konsultasiya problemi olan pasiyent ilə psixoloji konsultant arasında qarşılıqlı,pasiyenti əhatə edən insanlar,ailə,cəmiyyət içində daha yaxşı ünsiyyət qurma bacarıqları,rəftarı öyrənməsi və inkişaf etdirməsi yönündə məlumatlandırma,pasiyentin özünü daha yaxşı hiss etməsi,həyatdan daha çox zövq alaraq yaşaması məqsədilə həyata keçirilən bir prosesdir.
Psixoloji Konsultasiya bir neçə alt qruplara ayrılır:
1) Psixoloji problemləri həll etmək üçün konsultasiya
2) Karyera konsultasiyası
3) Ailə və romantik münasibətlər konsultasiyası
4) Rehabilitasiya konsultasiyası
5) Məktəblilərlə psixoloji konsultasiya

                            Psixoloji Konsultasiya nə deyildir?!
1) Psixoloji konsultasiya öyüd-nəsihət vermək, psixoloqun öz şəxsi fikirlərini pasiyentə təlqin etmək deyildir.
2) Psixolojik konsultasiya dostluq etmək, söhbət etmək, dərdləşmək deyildir.
3) Psixoloji konsultasiya insanları qorumaq,hər dərddən-qəmdən qurtarmaq, problemlərini birbaşa həll etmək üçün kömək etmək prosesi deyildir.

                           Psixoloji Konsultasiyada məqsəd:
          Pasiyentin öz gücünü və bacarıqlarını,bir şəxsiyyət kimi özünü və ətrafını kəşf edib,daha yaxşı başa düşmək və qəbul etmək,daha məqsədyönlü və faydalı seçimlər etmək,düzgün qərar verib,nəticə çıxarmaq bacarıqlarını pasiyentə qazandırmaq,doğru qərarlar verib,potenasiyalını  tam şəkildə reallaşdırmasına profesional şəkildə kömək etməkdir.

                         Psixoloq-Konsultant (məsləhətçi) kimdir?
          Psixoloji konsultantın xitab etdiyi qrup ruhi əsəb xəstələri (psikxozlar), sindromlu,əqli geriliyi olan xəstələr deyil! 
         Gündəlik həyatda qarşılaşılan çətinliklərlə mübarizə aparması üçün profesional kömək alan normal zəkalı pasiyentlərdir.Psixoloji konsultant aşağıda göstərilən problemlərlə qarşılaşan normal zəkalı pasiyentlərə,o problemləri həll etmək bacarığını qazandırır,profesional şəkildə yol göstərir.birbaşa nəsihət vermir !
 Pasiyentlərin psixoloji konsultasiya xidmətindən istifadə etmə səbəblərini iki qrupa bölə bilərik.
1) Qarşılaşılan problemli vəziyyətlər:Çox sevdiyimiz birilərini itirmək,səbəbini başa düşmədiyimiz qorxularımız,alkoqolizm və başqaları kimi asılılıqlar,bizə zərər verən vərdişlərimiz,həyatımızı çətinləşdirən daimi əsəb və narahatlıq hissi,işsizlik,sevdiyimiz biri tərəfindən aldadılmaq,həzz ala bilmədiyimiz münasibətlər,monoton rəngsiz evlilik və romantik münasibətlər,bizi halsızlaşdıran ümidsizliyə düçar edən vəziyyətlər və sair.
2) Kəşf edilməyən və istifadə olunmayan potensiallarınız,bacarıqlarınız:İşiniz var amma nələrsə yenə qane etmir,çox sevdiyiniz həyat yoldaşınız,sevgiliniz var amma münasibətinizdən həzz ala bilmirsiniz və sair.Həyatınızı necə daha maraqlı və mənalı etməyin yollarını axtarırsınız.



Uğur inkişaf mərkəzinin mütəxəssisi psixoloq Nərgiz Qaravəliyeva



0 rəy :

Yorum Gönder