Son
zamanlarda yeni iş mühiti, idarəetmə sistemi, görülən işlərin keyfiyyəti, rəqabət
və sair səbəblərə bağlı olaraq ortaya çıxan tükənmişlik sindromuna nəzər salaq.
Burnout iş mühitində rast gəlinən psixoloji stresin bir növüdür.
Burnout
qısaca insanın özünə böyük hədəflər seçib, daha sonra istəklərini həyata keçirə
bilməyib, məyus olub, yorulduğunu və enerjisinin bitdiyini hiss etməsi kimi
izah olunur.
Tükənmişlik
sindromunda aşağıdakı fiziki, zehni, emosional simptomlara rast gəlinir.
Depressiv
hisslər, köməksiz, güvənsiz hiss etmək, ümidsizlik, evdə münaqişələrin artması,
əsəbilik, səbirsizlik kimi neqativ hisslərdə artım, nəzakət, hörmət və dostluq
kimi pozitiv hisslərdə azalmalara rast gəlinir.
Fiziki
olaraq, gücsüzlük, halsızlıq, xroniki yorğunluq, enerji itkisi, immunitetin zəifləməsi,
xəstəliklərə qarşı həssaslaşmaq, baş ağrılarının çoxalması, əzələlərdə gərginlik,
ürək bulantısı,həzm sistemində pozğunluq, bel ağrısı, yuxu rejiminin pozulması
və sair fərqli problemlər müşahidə olunur.
Zehni
olaraq, işindən həzz almamaq, həyata və öz işinə qarşı neqativ düşüncələrə rast
gəlinir. Bunun nəticəsində isə işi tərk etmək davranışı baş verir. Tükənmişlik
sindromu 4 mərhələdən keçir.
Birinci
mərhələdə (mükəmməllik mərhələsi) insan işlə yükləndiyini hiss etdikcə öz gücünün sərhədlərini aşmağa çalışaraq bu vəziyyətdən
çıxmağa çalışır. Bu zaman böyük arzu-istək və enerji ilə doludur və buna görə də
öz gücünə, iş qabiliyyətinə uyğun olmayan işlərə baş qoşar. Bunun üçün işini
ilk sıraya qoyar gecələr yuxusuzluğa və gərgin iş mühitinə dözər. Özünə vaxt
ayırmaz ancaq iş üçün çalışar. Bunu edərkən işinə o qədər aludə olar ki
enerjisinin bitdiyini hiss etməz belə. Ancaq getdikcə yorulduğunu hiss edər.
İkinci mərhələyə keçdikdə insan vaxt
keçdikcə arzu və ümidlərinin azaldığını hiss etməyə başlayır. İşin onu qane etməməsindən,
qarşılaşdığı manelərdən, əvvəllər vecinə olmayan şeylərdən daha çox narahat olmağa və ruhən çökməyə başlayar.
Bütün bunlar insanda sıxışdırılmışlıq, qısıtlandırılmışlıq hissi oyadır. Üçüncü
mərhələdə insan qarşılaşdığı neqativ situatsiyanı dəyişdirməyin çətinliyi ilə
özünü ümidsiz və çərçivəyə salınmış hiss edər. Bu vəziyyətlə mübarizə aparmağa
çalışsa da ortaya fərqli faydasız özünü müdafiə mexanizmaları çıxır, vəziyyəti
daha da pisləşdirir. Hər insan şəxsiyyətinə uyğun olaraq özünü müdafiə
mexanizmalarından istifadə edir. Bütün cəhdlərinin boşa çıxması insanın laqeydləşməsinə
səbəb olur. Dördüncü mərhələdə ( apati mərhələsi) insanda ətrafındakı hadisələrə
qarşı reaksiyalarının zəifləməsi, donuqlaşmaq və laqeydləşmək meydana çıxır. Hər
kəs tərəfindən görünən dərin ümidsizlik vəziyyəti, inanclarına, dəyərlərinə
qarşı inamsızlıq müşahidə olunur. Fərdin iş yerində və cəmiyyətdə ünsiyyəti
azalır. Bu mərhələdə tez-tez iş yerindən icazə almaq, istefa etmək, işinə qarşı
laqeydlik, vəzifəsini icra etməmək hallarına daha çox rast gəlinir.
Fərdin şəxsiyyəti
ilə bağlı xüsusiyyətlər, yaşı, cinsiyyəti, təhsili, problemlərlə mübarizə etmək
bacarığı, mədəni vəziyyəti, sosial dəstəyi, işindən maddi-mənəvi zövq alması,
işlə bağlı risklər, çətinliklər, təhlükələr, idarəçinin ədalət anlayışı, təqdim
etdiyi məhdud imkanlar və sair tükənmişlik sindromunun ortaya çıxmasında rol
oynayan faktorlardır.
Evlilik
kimi sosial dəstəyin mövcudluğu, işində təcrübə və problem həll etmək
bacarığının artması, işinə olan sevgi və dəyərin varlığı, işdən kənar ona zövq
və həzz verən, rahatladan fəaliyyətlərin varlığı tükənmənin qarşısını alacaq və
ya onunla mübarizə aparacaq köməkçi faktorlardır.
İş yerində tükənmişlik sindromunun ortaya
çıxmasında 3 hal daha çox rol oyanaya bilir.
1) Bir
birilə ziddiyyət təşkil edən öhdəliklər daşıyan insan, prioritetlərini müəyyən
edib öhdəliklərini sıralamaq yerinə hər işi eyni vaxtda mükəmməl şəkildə görməyə
çalışır. Bu zaman daha çox yorulub, tükənmişlik sindromuna səbəb ola bilər.
2) İşçi
ondan mükəmməl kariyera qurmasını gözlənildiyini bilir amma özünə yol göstərən
(supervisor) ya da ona model ola biləcək şəxlər olmadığı üçün bunun öhdəsindən
necə gələcəyi barəsində heç bir fikri yoxdur. Bunun nəticəsində də heç bir işdə
faydalı ola bilməyəcəyi, bacarmayacağını düşünür.
3) "Yox"
demək davranışını bacarmayan, heç kəsi incitməmək hər kəsi razı salmaq üçün
edilən hər təklifə, işə razı olan ,altından qalxa bilməyəcəyi öhdəlikləri alan
insan nəticə olaraq tükənmək nöqtəsinə gəlib çıxa bilər.
Bütün
bunlardan başqa çalışdığı mühit, yer, məkanla bağlı problemlər, stres və fərdin
özünü işində rahat hiss etməməsinə səbəb ola bilir. Bunlardan ən vacibləri:
·
Həddindən
artıq iş yükü və dincəlməyə ayrılmış vaxtın az olması
·
İdarəçilərdə
və nəzarət prosesində olan əskiklər
·
Qurum
içində maarifləndirmək/məlumatlandırmaq, istiqamətləndirmək prosesində olan əskiklər
·
Gördüyü
işə nəzarət və cəlb etmək hissindən məhrum edilmək
·
İşçilər
arasında bir birinə dəstək və sosial əlaqələrin az olması
·
Çətin
və dözülməz iş mühiti və sair olaraq sadalamaq olar.
Burnout
ilə mübarizə aparmaq ilk başda öz hesabına mümkün ola bilər. Amma xronikləşmiş
və ciddiləşmiş bir hal aldıqda profesional xidmətdən istifadə etmək lazımdır.
Tükənmişlik sindromunu görməməzlikdən gəldikdə, əşşi
ötüb keçər dedikdə bunlar baş verir:
İşini
itirmək, maddi itkilər, ailə daxili problemlər və münasibətlərdə pozğunluq, təhnalıq
hissi. Buna bağlı olaraq spirtli içkilərə və siqaretə daha çox meyl etmək qarşımıza çıxır. Depressiya və sair kimi müxtəlif psixoloji,
fizioloji əlamətləri göstərən somatoform pozğunluqlarla da nəticələnir.
Problemi
özü həll etmək istəyənlər özlərinə bu sualları verə bilərlər:
·
Yorğunluq
hissi nə zaman başladı?
·
Bu
yorğunluq hissi nə zaman həyatınızda vacib yer tutmağa başladı?
·
Kolleqalarınızla
olan münasibətlərinizdə nə vaxtdan sonra tolerantlığınızı itirməyə
başladığınızı hiss etdiniz?
·
Çalışdığınız
proyektlərdə öhdənizə düşən vəzifə, məsuliyyətin nə olduğunu bilirsiniz?
Bu
suallara verilən cavablar fərdin
prioritet və dəyərlərinə yenidən nəzər salmasına və onları yenidən təşkil
etməsinə kömək olacaqdır. İkici addım isə, fərdin həyatında bəzi dəyişikliklər
etməsidir. İşinə qarşı həvəsi azaldığında işi və ya ən azından öhdəliklərini dəyişmək
faydalı ola bilər. Gördüyü işdə fasilə vermək özünə gəlməsinə faydalı
olacaqdır.
Tükənmişlik
sindromu ilə bağlı şəxsi qərarlardan başqa daha profesional üsullar da
mövcuddur. Bu üsulların tətbiq edənlər fərdi
çalışanlar, işçi qrupları və idarəçilər olmaqla 3 qrupa ayrılır. Bu sindromla
mübarizə aparmaq üçün strategiya qurmaq, planlamaq və tətbiq etmək daha çox
idarəçi ya da iş mühitini təşkil edənlərin qərarlarına bağlıdır.
Fərdi və grup şəklində işləyənlər: İş mühitinə nəzarətin az olduğu yerlərdə fərdi
olaraq problem ilə mübarizə aparmaq ilk başda gəlir. Tükənmişlik sindromu ilə
mübarizə aparmaq üçün komanda şəklində çalışmaq ən yaxşı üsullardandır. İş yerlərində
sosial dəstək məqsədilə gruplar yaratmaq, iclaslar, yığıncaqlar etmək, oxşar iş
şərtləri ilə çalışanların iş mühitinin çətinlikləri və streslə mübarizə aparmaq,
qarşılıqlı fikir alış verişi üçün rahat
bir mühit yaratmaq lazımdır. Streslə mübarizə kimi və sair profesionallar tərəfindən
verilən psixoloji təlimlərin artırılması da vacibdir.
Qurumun həyata keçirdiyi metodlar:
İşin
modifikasiyası:
Həddindən artıq iş yükü, boş oturmaq, qeyri-müəyyənlik və ya münaqişələrdən
qaynaqlanan stresin azaldılmasında ən yaxşı üsuldur. Eyni zamanda iş və işçinin
bir birinə uyğunlaşmasına kömək olur. Fərdi iş stresinin azaldılması üçün işin
yenidən təşkil olunmasına kömək olacaq üsullar:
· 1. Çətin
işləri işçilər arasında bərabər paylayaraq, iş yükünün eyni insanların üzərinə
düşməsinin qarşını almaq.
2.Gün
ərzində işdən kənar əyləcəli, işçinin dincəlməsinə kömək edən fəaliyyətlərin
olması
· 3. İşçilərə
yeni programlar, planlar qurmaqlarına imkan yaratmaq.
Konsultasiya
xidmətləri:
Bu üsulla konsultantları, insan qaynaqları ilə çalışan mütəxxəssisləri tənqid və
yeni fikirlərə, təkliflərə daha xoş baxmasına nail olarkən, işçilərin də fikirlərinə
dəyər vermiş oluruq. Müəyyən vaxtlarda feedback ( geribildirim) almaq üçün
anketlərin hazırlanması da faydalı olacaq. Bu anketlər vasitəsilə iş mühiti,
işin keyfiyyəti, qurumun əskiklikləri və sair ilə bağlı dəyərləndirmələr
aparılır. Bu dəyərləndirmələrin köməyilə problemlər aşkar olunur, düzgün
planlamaq, strategiya qurmaq və tətbiq etməklə problemlər də öz həlli yolunu
tapır.
Qurum olaraq
problemi həll etmək:
Keyfiyyəti idarə və inkişaf etdirmək programlarının bir məqsədi də iş mühitinin
doğru qiymətləndirilməsi, problemlərin ilk ortaya çıxdığı zaman onu görməyə kömək
edən bir sistemin yaradılmasını təmin etməkdir. İşçilərlə problemləri həll etmək
məqsədilə iclasların təşkil olunması şəxsiyyətdə qarışıqlıq (kimliyi ilə bağlı
böhran) və ünsiyyət qurmaq
bacarıqlarından qaynaqlanan münaqişələrin qarşısını ala bilər.
Salam, doktor Amiso adlı böyük bir insanın köməyi ilə hsnabdımı necə geri qaytardığım haqqında bir az danışmaq üçün buradayam bütün dostlarımı salamlayıram. Mənim adım Nana Tahir, Sumqayıtdan, Azərbaycan. On il evləndikdən sonra həyat yoldaşımla nəhayət ki, məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Texas şəhərinə köçənə qədər bir mübahisə və ya digər vəziyyətdə qaldıq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Mən yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimə vuran ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki ərimə həqiqətən aşiq idim. Hər gün və gecə onun haqqında düşünürəm və həmişə onun yanıma gəlməsini arzulayıram, həqiqətən kədərləndim və köməyimə ehtiyacım var idi, ona görə də onlayn kömək axtardım və Dr.Amiso-nun əşyaların geri qaytarılmasına kömək edə biləcəyini təklif edən bir veb saytına rast gəldim. tez. Ona görə də sınayacağımı hiss etdim. Mən onunla əlaqə saxladım və o, nə edəcəyimi söylədi və mən bunu etdim və o zaman mənim üçün bir sevgi yazısı etdi. 48 saatdan sonra ərim həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını, bu qədər heyrətləndirdiyini söylədi! Beləliklə, eyni gündə çoxlu sevgi və sevinclə geri döndü və səhvinə görə və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən bəri, evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı Dr.Amiso sayəsində. o qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, Dr.Amiso həqiqi və güclü çubuq kəsicisi, problemlər zamanı uşaqlarına kömək etmək üçün uzun yaşamaq üçün dua edəcəyəm, əgər buradasınızsa və sizin Ex ehtiyacınız varsa geri və ya əriniz başqa bir qadına köçdü, dünyada və ya Xərçəng məsələsində tanımaq istədiniz, seçdiyiniz sevgilinizlə evlənmək və ya Boşanma halları, Sağlamlıq və ya Ailə problemləriniz, İş təklifləri və Uğurlar, ümumiyyətlə heç nə etmə imtina et, daha ağlama, indi bu güclü sehrlə əlaqə qur. Budur onun şəxsi e-poçt ünvanı: herbalisthome01@gmail.com
YanıtlaSilWow, orada olan bütün dostlara mövsümi təbriklər, çox həyəcanlıyam ki, pozulmuş Evliliyim bərpa edildi və həyat yoldaşım iki uşağımla başqa bir qadınla ayrıldıqdan sonra qayıtdı. 8 illik evliliyindən sonra həyat yoldaşım və nəhayət məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Azərbaycana, Bakıya köçənə qədər bir döyüşdə ya da digərində olduq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimi əzab verən ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki həqiqətən ərimə aşiq idim. Hər gün və hər gecə onu düşünürəm və həmişə onun yanına qayıtmasını arzulayırdım, həqiqətən kədərləndim və köməyə ehtiyacım var idi, buna görə də onlayn kömək axtardım və Dr. İgbinovia'nın bir çox insana kömək etdiyini söyləyən bir veb sayt tapdım. əlaqəni geri qaytarmaq üçün, Sonra bir cəhd etməli olduğumu hiss etdim. Mən onunla əlaqə saxladım və o nə edəcəyimi söylədi və mən də etdim, sonra mənim üçün (Sevgi yazısı) etdi. 28 saatdan sonra həyat yoldaşım həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını söylədi, o qədər də heyrətamiz! və eyni gündə o, çox sevgi və sevinclə geri döndü və etdiyi səhv üçün və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən etibarən evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı doktor İgbinovia sayəsində. O qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, doktor İgbinovia, gerçək və güclü sehrbazdır, əgər münasibətiniz geri lazımdırsa və ya əriniz başqa bir qadınla köçürsə, artıq ağlamayın, bu güclü sehr gəmisi ilə əlaqə qurun . Kontaktınız budur: doctorigbinovia93@gmail.com elektron poçtuna bir e-poçt göndərin, onu da zəng edə və ya Whatsapp-a əlavə edə bilərsiniz: +2348144480786 və ya da viber-də +2348144480786 nömrəli telefonla əlaqə saxlaya bilərsiz və lazım olanları götürün Sən.......
YanıtlaSil