6 Ocak 2017 Cuma

Cizgi filmlər və 25-ci kadr


   Subliminal mesajlar - insan gözünün görmədiyi , yalnızca şüuraltımıza həkk olunan mesajlardır. Bu subliminal mesajlarla  hər cizgi filmində,reklamlarda qarşılaşa bilərik.Subliminal mesajlar hər hansı reklam üçün və ya bir inancın yayılması üçün istifadə olunur. Biz bu mesajları şüurlu olaraq dərk etmirik , lakin bunlar bizim şüuraltımız tərəfindın qavranılır. Bu mesajlar insan beyninə video , yazı və musiqilər vasitəsilə ötürülür. Musiqinin altına insan qulağının eşidə bilməyəcəyi, amma şüuraltımızın qəbul edə biləcəyi dalğada mesajlar yerləşdirilir. Gözümüz isə saniyədə 24 kadr qəbul edə bilir.Beləcə serialların, reklamların arasınada 25-ci kadrdan istifadə etməklə mesajlar yerləşdirilir. Bunun səbəbi isə göz çuxurudur(fovea)dır.Beynimizdə bütün informasiyalar saxlanılır. Yalnız biz bunların şüurlu olaraq qavramırıq. Yəni bizim görübdə şüurlu olaraq dərk edə bilmədiyimiz , şüuraltında saxlanılır. 1957-ci ildə Vance Packard izlənilən bir film zamanı hər beş saniyədə bir flaş şəklində bir reklam mesajını göstərir. Bu mesajlar:
  “Coca Cola için”, “Acdınızmı? Popcorn yeyin” şəklində olur və son maraqlı nəticə əldə olunur; Popcorn satışı 57.8%,Coca Cola 18.1%artmışdır. Vance Packardın düşüncəsi özünü doğruldur.
   Cinsəllik və ölüm mesajları insanlara çox böyük təsir edir Şüuraltına işlənilən bu reklamlar müxtəlif dəyişiklikdə ola bilər. Bəs niyə belə gizli yolla mesaj verirlər? Mütəxəsislərə görə subliminal yolla verilən mesajlar daha təsir edicidir. Görə bilmədiyimiz  və şüurumuz qavramadığı  üçün inkar edə bilmirik. Bəs niyə bu mesajlar daha çox  cizgi filmlərində istifadə edirlər? 
 Uşaq yaşda bu mesajları onlara çatdırıb,onları idarə etməyi daha rahat hala gətirirlər.Çox subliminal mesajlarda cinsəlliklə bağlı gizlicə işlənmiş mesajlar olur, bir çox markalarda da cinsəl orqan temaları  işlənilibdir.
  Uşaqlar izlədikləri cizgi filmlərində olan qəhrəmanları özlərinə nümünə götürürlər.Günümüzə baxıldığında demək olarki hər bir uşağın  cizgi film izlədiyini və əgər cizgi film kanalı dəyişdrilərsə böyük reaksiylar verdiklərini görürük.Cizgi filmləri uşaqların inkişafına çox böyük təsir edir.Valideynlər bu mənada çox diqqətli olmalıdırlar!

Uğur İnkişaf Mərkəzinin mütəxəssisi Psixoloq Nərgiz Əzimzadə

0 rəy :

Yorum Gönder