7 Şubat 2017 Salı

Enuresis – Gecələr altını islatma


    Əziz analar ,keçən saylarımızda “Uşaqları güvəcə necə öyrətməli?” mövzüsuna toxunmuşduq.Çoxsaylı xahişləri nəzərə alaraq ,bu dəfə uşaqların gecə altlarını islatmaları ilə bağlı problemlərə toxunacıyıq.
   Çox vaxt analar bu halda nə etməli olduqlarını,necə davranmalı olduqlarını bilmirlər.Biz əvvəlcə bilməliyik ki, problemin səbəbləri nədir və bizi nə zaman narahat etməlidir.
Adətən ,uşaqlar gecələr altlarını islatmağı 5 yaşın tamamına kimi bitirmiş olmalıdırlar .Əgər uşaq 5yaşını tamamlıyıbsa və hələdə gecələr altını isladırsa ,burada bir problemin olduğunu valideyn artıq düşünməlidir .Əgər uşaq 5 yaşına keçibsə,həftədə iki gecədən artıq altını isladırsa, bu hal enuresis adlanır.İlk olaraq valideyn uşağı həkimə göstərməlidir.Fizioloji bir problemin olub –olmaması araşdırılır.Məsələn,ola bilər ki, uşaqda şəkər xəstəliyi ,idrar yolu infeksiyaları ,sidik sidik kisəsinin darlığı və s. Bu kimi problemlərə səbəb ola bilər.Əgər orqanlarında heç bir problem yoxdursa,psixoloqa müraciət etmək lazımdır.Uşaqlar gecələr altlarını niyə isladırlar? Bunun müxtəlif səbəbləri ola bilər.Ən çox rast gəlinən səbəblər bunlardır :


· İrsi faktor.Valideynlərdən birinin uşaq vaxtı bu haldan əziyyət çəkməsi


· Əzələ sistemindəki inkişafın ləngiməsi (Bunu yoxlamaq üçün uşaq gün ərzində ayaqyoluna 

gedərkən sidik boşaltmasını kəsib yenidən davam etməsini istəyin.Bunu bacarırsa əzələ inkişafında problemi yoxdur deməkdir) 

· ADH- hormonunun az-az ifraz olunması.Böyrəklərimizdə gecə yuxusu zamanı xüsusi hormon ifraz olunur.Bu hormon kifayət qedər ifraz edilmədikdə sidik buraxma halları çoxalır. 


· Bacı və ya qardaşına qarşı qisqanclıq.Adətən ,ailədə ikinci övlad dünyaya gədikdən sonra,sanki,birinci uşaq özünə diqqət çəkməyə çalışır və çıxış yolunu özünü uşaq kimi aparmaqda görür. 


· Ailə daxilindəki gərginliklər .Bu hal uşağın enuretik olmasına yol açan ən ciddi səbəblərdəndir .


· Yuxunun dərin olması.Bu cür uşaqlar çox dərin yuxuya gedirlər. Beyinin göndərdiyi siqnal uşağı oyandırmağı bacarmır. 


· Uşağın həddən çox müdafiə olunması.Yəni belə uşaqlar daima böyüklərin nəzarəti altında olur.Bu hal uşağın fiziki deyil , psixoloji olaraq böyüməsinə manə olur Uşaqda məsuliyyət,inam hissləri inkişaf etmir.O , daima özünü uşaq kimi aparır.Belə uşaqlarr körpəlikdən elə öyrədilir ki, onların yerinə hər şeyi valideyn edir. 


Bəs valideyn uşağa necə kömək edə bilər?!

Əgər ailədaxili konfliktlər varsa , aradan qaldırılmalı ,uşaq körpə kimi deyil , özünə inamı olan,məsuliyyətli, iradəli şəxs kimi böyüdülməlidir.Uşağa sonradan heç bir halda bez geyindirilməməlidir.Əgır yatağın batmasından narahatsınızsa, altına xüsusi örtük sərə bilərsiniz.Ana gecə ərzində bir neçə dəfə uşağı oyatmalı və ayaq yoluna aparmalıdır .Bunu edərkən uşağın tamamilə oyanmasını gözləmək lazımdır .Çünki ,uşaq gecə nə etdiyini və nə üçün oyandığını anlamalıdır .Bu vərdiş halını aldıqdan sonra o özü oyanmağa başlayacaq .Belə problemi olan uşaq heç vaxt digər uşaqlarla müqayisə edilməməlidir.Uşaq böyüdükcə onda bu halla bağlı çox utancaqlıq əmələ gəlir .Belə ki o, bir yerə qonaq getməkdən də çəkinir və yaşıdlarını utanır.Bu da uşaq üçün çox travmatik bir haldır .Əgər uşaq problemin fərqindədirsə ,onun fərdi xüsusiyyətləri nəzərə alınaraq ,bu halın keçici olduğunu söyləyib özünə inam hiss yaradılmalıdır.






Uğur İnkişaf Mərkəzinin rəhbəri: Psixoloq Kəmalə Əliyeva


Related Posts:

  • Əmzik Pərisi metodu   Melissa Burnett'in yazdığı, gecələri böyük uşaqların əmziklərini yığıb, bunları əmzikləri olmadığı üçün ağlayan yeni doğulan körpələrə aparan Palina adlı pərinin hekayəsindən bəhs etmək istəyirəm. Metod 2 yaşdan so… Read More
  • Saç yemə vərdişi          Saçlar ilə oynama davranışı, xalq arasında da məşhur bilinən bədən dili nümunəsi olaraq göstərilir. Ancaq bəzilərinin (xüsusilə də xanımların) davamlı saçlarını ağızlarına apardığını, doda… Read More
  • Autizmin gözüylə Dünya Çox zaman ətrafdakıların gözü ilə baxdığınız bu dünyaya istədim birdə mənim gözümlə baxasınız. Mənim adım Autizmdir.Haqqımda hamının bildiyi bir çox məlumatları istənilən internet saytldan əldə edə bilərsiniz.Bu hamı üçü… Read More
  • Bir Ananın autizmli Dünyası Ailə həyatı quranda 23 yaşım var idi.Bir müddət sonra hamilə olduğumu öyrəndik. 9 ay sonra əkiz körpələrimi qucağıma alacaqdım.Çox sevincli idik.Hamiləliyim çətin irəliləyirdi.2- ci ayımda ağrılı dönəmlə üzləşdiyim üçün hək… Read More
  • Uşaqlarda dırnaq yemə vərdişinin aradan qaldırılması Ümumi olaraq valideynlər dırnaq yemə vərdişi olan uşaqlarına fiziki cəza , psixoloji cəza ya da təzyiq etmədən onlarda bu davranışı dəyişdirə bilərlər. Valideynlərə bu mövzuda kömək edə biləcək bir sıra təkliflər: -Uşaqla… Read More

0 rəy :

Yorum Gönder