Bir çox hallarda şahidi oluruq ki, ikinci övlad dünyaya gəldikdən sonra evdə müxtəlif problemlər yaranır.Birinci övlad ikincini qısqanmağa başlayır.Valideynlərin bölünmüş diqqəti qayğısı uşağı narahat edir.İlk övladın yersiz kaprizləri , diqqət mərkəzində olmaq üçün etdiyi hərəkətlər valideynləri bezdirir.
Məhşur psixoloq Alfred Adler bildirir ki, ailədə doğum ardıcıllığı uşağın yaranmış situasiyaya verdiyi qiyməti formalaşdırır.Adlerin fikrincə ,ilk uşaq nə qədər ki,ailədə yeganədir ona qibtə oluna bilər .İlk övladları dünyaya gələn zaman valideynlər çox həyəcan keçirir və demək olar ki,özlərini bu uşağa həsr edirlər .İlk övlad valideynlərdən sonsuz məhəbbət və qayğı görür.Tamamilə təhlükəsiz mühitlə əhatə olunur.Lakin bu ikinci övlad dünyaya gələnə qədər davam edir.Bu hal uşağın dünyaya baxışını dəyişdirir.Adler qeyd edir ki, bu zaman uşaq özünü “taxtından düşmüş padşah”kimi hiss edir.İkinci övlad dünyaya gəldikdən sonra valideyn özü də hiss etmədən diqqəti,sevgisi , qayğısı bölünür.Bu hal isə birinci uşağı qane etmir.Bu günə kimi nümünəvi uşaq birdən –birə dəyişir,müxtəlif kaprizlər edir.Özünün varlığını ,birinciliyini sübut etməyə çalışır . Amma təbii ki valideynlər məşğuldurlar .Uşağın kaprizlərinə heç də məhəl qoymurlar,kaprizlərin səbəbini anlamır ,bəzən də uşağı cəzəlandırırlar.
Ortancıl uşaqlar daima birinciləri üstələməyə ,rekord vurmağa çalışırlar.Bəzi hallarda ikinci uşağın psixi və fiziki inkişafı birincini üstəliyir.
Ailənin ən kiçik övladının isə işi necə deyərlər həmişə yaxşı gedir.Çünki o,həmişəlik taxtındadır.O, daima əzizlənir , qayğı ilə əhatə olunur.
Bəs biz neyləməliyik ?Nə etməliyik ki , ikinci övladımız dünyaya gəldikdən sonra birincinin psixoloji vəziyyətində mənfiyə doğru dəyişiklik olmasın.Məsələn ,belə edə bilərik :Əvvəlcə prosese hazırlandırılmalıdır.Yəni,birdən-birə yeni uşaqla tanış olmamalıdır . Sonra ana xəstəxanadan körpəsi ilə evə gələrkən birincinin çoxdan istədiyi hər hansı bir oyuncağı (məsəsələn velospedi)alıb özü ilə gətirməli və bu hədiyyəni ona təzə doğulmuş qardaşı( bacısı) gətirib deməlidir.Bu ilk tanışlıq müsbət emosiyalarla yadda qalacaq .Ana icazə verməlidir ki, böyük uşaq körpəyə yaxınlaşsın .Ana onu körpədən uzaqlaşdırsa ,uşaqda balacaya qarşı aqressiya yaranacaq.Nəzarət uşaq hiss etmədən olmalıdır.
Əziz valideynlər,nəzərə alın ki,uşaqlar bizim oyuncağımız deyil.Onlar da hissləri , fikirləri olan varlıqlardır.Uşaq üçün istənilən halda elə mühit yaranmalıdır ki, o özünü ifadə etsin və siz onun nə düşündüyünü , nələr hiss etdiyini anlayasınız.
0 rəy :
Yorum Gönder