16 Mayıs 2016 Pazartesi

Öyrənilmiş çarəsizlik (Learned Helplessness)



     Çarəsizlik öyrənilir.Yaşadığımız travmalar nəticəsində meydana çıxır.
Bu nəzəriyyə 1977ci ildə Amerikalı psixoloq Martin Seligman öyrənmək prosesini tədqiq etmək məqsədilə aparılan təcrübələr nəticəsində ortaya çıxarmışdır və hələ də depresiya modellerinin araşdırılmasında böyük rol oynayır.Günlük həyatımızda işdə, evdə və sair yerlərdə müxtəlif stres qaynaqları ilə qarşı qarşıya gəlirik.Məktəb, universitet,ailə,iş və sosial çevrəmizdə yaşadığımız problemlər bizi hirsləndirir,məyus edir və gərginləşdirir. Bütün bunlar üst üstə yığılıb depresiya əlamətlərini ortaya çıxarır. Əvvəlcə bütün bu problemlərə qarşı gəlsək də, bütün bunlar yığılıb üst üstə gəldikcə çarəsiz olduğumuza və bunlarla bacarmayacağımıza inanmağa başlayırıq. Bütün bunları kontrol edə bilməyəciyimiz hissi həyatımızdakı bütün fəalliyyətlərdən soyumağımıza, həzz, zövq almamağımıza gətirib çıxarır. Öyrənilmiş çarəsizliklə bağlı təcrübələrdə heyvanların travmatik vəziyyətlərdə öldükləri müşahidə olunmuşdur. Çarəsizlik depresiyaya, depresiya da intihara, ölümə gətirib çıxara bilir.

   Öyrənilmiş çarəsizlik nəzəriyyəsindən istifadə olunaraq heyvanlar fərqli şəkillərdə əhliləşdirilir. Məsələn fillər balaca ikən onları qalın zəncirlə dirəyə zəncirləyirlər. Fil balası nə qədər çırpınsa da o zənciri qıranmır nə də dirəyi yerindən oynada bilmir və beləliklə fil balası ayağında zəncirlə böyüyür.Böyüdükcə ən vacibi "heç bir zaman qaçabilməyəcəyini" öyrənir.Azadlıq qavramını unudur.Fil böyüdükdən sonra o zəncir qırılsa da ona azadlıq verilsə də o heç yerə qaçmır çünki  o hələ də zəncirin var olduğunu zənn edir və heç bir zaman azad ola bilməyəcəyini  öyrənmişdir.

   Bir insana uğurlu olması,iş görməsi və sair üçün lazımi resurslarla təmin etsəniz, lazimi şəraiti yaratsanız əgər onu psixoloji olaraq "uğursuz",çarəsiz olmasına inandırmısınızsa bütün bunlar heç bir məna kəsb etməz.İlk öncə psixoloji hazırlıq, motivasiya çalışmaları buna görə önəmlidir. Qələbəni ilk öncə psixoloji olaraq yaşamaq,hiss etmək həmçinin şans və mühitdən qaynaqlanan problemlər mane olmasa onu reallığa çevirməyimizə böyük təkan verir.




Uğur İnkişaf Mərkəxinin mütəxəssisi Psixoloq-konsultant Nərgiz Qaravəliyeva


0 rəy :

Yorum Gönder