1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq.Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri sevdiyimiz adamla
həll etmək,çatışmazlıqları onda tapmağa çalışırıq.
2. Hətta müsbət hadisələr
belə — universiteti bitirmək,evlənmək və ya yeni işə başlamaq, depressiyaya
gətirib çıxara bilir.
3. Psixologiyada belə
prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə,o qədər də çox
məyusluq yaşayırsan.Çox gözləyirsən – az əldə edirsən,az gözləyirsən, çox
əldə edirsən.Bu dəmir prinsipdir,heç bir istisna yoxdur.
4. Kişi və qadın
arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə
kiminsə çantasını qapıb qaçır,bunu görən qadın qurbanın üzünü yadda saxlayır,
bunu görən kişi isə oğrunun.
5. İnsanın yaddaşı ən
yaxşı səhər 8-dən 12-ə kimi,bir də axşam 9-dan sonra işləyir.Ən pis isə
günortadan sonra.
6. Eyni vaxtda birdən
çox işi görmək mümkün deyil.İnsanların çoxu bunu mümkün saysa da elmi
araşdırmalar sübut edir ki,bir işdən daha çox işə diqqəti cəmləmək mümkün
deyil.Fiziki işlər istisnadır.Məsələn, yeriyə-yeriyə telefonla danışmaq
mümkündür.Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.
7. Bir insan üçün ən
xoş səs onun adının səslənməsidir.Kiminləsə tanış olduğunuz zaman çalışın onun
adını yadda saxlayasınız,vəzifəsini,ixtisasını deyil.Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.
8. Tez yatmaq üçün
kürəyi üstə uzanın.Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın.Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez asan
və bərk yatır.
9. Psixoloqlar
qadınların kişiləri qiymətləndirmək üçün onlara 45 saniyənin kifayət etdiyini
deyirlər.10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7
saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində
çiyinləri barəsində təəssüratını dəqiqləşdirir. Son 5 saniyədə isə qadın
kişinin barmağında üzüyün olub-olmamağına baxır.
0 rəy :
Yorum Gönder