Bu davranışın kritik bir problem olmağa başladığı ilk əlamətləri, mədə və bağırsaqlarda yaranan saç tük yumaqlarından dolayı həzm problemləri və qarın ağrılarının başlamasıdır. Sonrasında, daha ciddi problemləri də özü ilə gətirə bilər. Üstəlik bu şəxslər, yalnız saç və tükü yeməklə qalmazlar, bunu "ritual" deyilən müəyyən davranış qəlibləri içərisində edərlər. Məsələn saçı yemədən əvvəl, saç köklərini dodaqlara sürtməyi, gəzdirməyi seçərlər. Bəzi hadisələrdə trikofajik fərdlərin başqalarının saçını tükünü belə yedikləri təsbit edilmişdir. Trikofajik fərdlərin mədələrində tüklər parçalanır və ya bütün olaraq həzm kanalını qət edərək nəcislə çölə atılır. Lakin bu davranış çox tez təkrarlanırsa, çox sayda tük bir-birinə yapışaraq yumaqlar meydana gətirərlər. Bu tüklər, bağırsaqlarda yumaqlar olaraq toplanır və bu "Rapunzel Sindromu" adlanır. Bu sindroma sahib 18 yaşındakı bir gəncin bağırsaqlarına 4.5 kiloqramlıq saç yumağı çıxarılmışdır. Bu yumaqlar mədənin və ya bağırsaqların şəklini alıb onları tıxayacaq qədər çox miqdarda toplanırlar. Bu xəstəliyin müalicəsi də digər dırnaq yemə, barmaq əmmə vərdişlərinin müalicələri ilə eynidir: psixoloji müalicə. Ayrıca trikofajinin bədəndə müəyyən maddələrin çatışmamazlığı daha çox kimyəvi maddələrin çatışmamazlığı nəticəsində baş verir. Bu səbəblə anti-depresantlar və psixoterapiya bir arada davam etdirilməlidir.
Uğur inkişaf mərkəzinin mütəxəssisi Aysel Sərkarlı
0 rəy :
Yorum Gönder