Ümumi olaraq valideynlər dırnaq yemə vərdişi olan uşaqlarına fiziki cəza , psixoloji cəza ya da təzyiq etmədən onlarda bu davranışı dəyişdirə bilərlər. Valideynlərə bu mövzuda kömək edə biləcək bir sıra təkliflər:
-Uşaqlarda 3-4 yaş dövründə görülən dırnaq yemə davranışı diqqət çəkmə məqsədi daşıya bilər. Bunun üçün uşağın zorla ya da təzyiq ilə bu vərdişi buraxması mövzusunda yönləndirilməməsi lazımdır. Bu dövrdə görülə biləcək bu vərdiş ilk mərhələdə gözardı edilə bilər, çünki uşaq bu hərəkəti ilə valideynlərin diqqətini çəkəcəyinin fərqindədir.
-Dırnaq yemə davranışını yaradan vəziyyətlərdən biri də diqqət və sevgi əskikliyidir. Bunu aradan qaldırmaq məqsədi ilə uşaqla daha çox vaxt keçirmək, diqqət və sevgi göstərmək lazımdır.
Valideynlər uşaqlarının hansı vəziyyətlərdə dırnaq yeməsini müşahidə etməklə problemin qaynağını anlaya bilərlər. Bu da onlara bu vəziyyətin aradan qaldırılmasına kömək edər. Məsələn: məktəb dövründəki uşaq imtahan dövrlərində, dərs hazırlayarkən, ya da ictimaiyyətdə - sinif önündə danışmaqdan çəkindiyi vəziyyətlərdə bu davranışı ortaya çıxa bilər.
Bu davranışın tərgidilməsi yerinə başqa bir davranışın inkişaf etdirilməsiylə mümkün ola bilər. Məsələn: uşağa alternativlər təqdim edərək dırnaq yeməsinin qarşısı alına bilər. Oyun xəmiri ilə oynaması kimi və ya art terapiya tətbiq etməklə. Uşağa "əlini ağzından çək" kimi xəbərdarlıqlar tərs reaksiya verməklə yanaşı, həm də, uşağı narahat edər. Onun üçün alternativ təqdim edərək onun xoşuna gələ biləcək fəaliyyətlərlə bu davranışı sərgiləməsinin qarşısı alına bilər.
Valideynlər olaraq uşağınızın dırnaq baxımını üstlənmək lazımdır. Xüsusilə qız uşaqlarında baxımlı olmanın əhəmiyyətini göstərin və dırnaq yeməsinin əllərini baxımsız göstərə və xoş bir görünüş meydana gəlməyəcəyini tənqidi olmayacaq bir şəkildə izah etmək təsirli olacaq.
Valideynlərin uşaqlarına qarşı təzyiqçi, məcburedici və tənqidçi olmaması çox əhəmiyyətlidir. Bu davranışı aradan qaldırmaq məqsədi ilə qorxutmaq ya da cəza vermək uşağın narahatlıq səviyyəsini artıracaq və tam tərsinə bu davranışı gücləndirəcək. Bununla birlikdə valideynlərin bu cür davranışları uşaqlarda daha ciddi, emosional və psixoloji problemlərin ortaya çıxmasına da səbəb ola bilər.
Dırnaq yemə davranışına səbəb olaraq göstərilən bir digər əhəmiyyətli faktor da özünə inamın olmamasıdır. Ona görə valideynlərin uşaqlarında gördükləri müsbət və yaxşı istiqamətlərinə diqqət çəkmələri uşaqlarının özlərinə olan etibarını inamını artırmağa köməkçi olacaq.
Valideynlər uşaqlarını bu davranışın öhdəsindən gələ biləcəyinə inandırmalı və onları motivasiya etməlidirlər. Bu davranışı dəyişdirməsi məqsədilə kiçik mükafatlar verərək davranış dəyişikliyi gücləndirilə bilər. Ancaq mükafatlandırma çox tez bir zamanda edilməməli və böyük mükafatlar olmamalıdır. Çünki uşaq mükafata çatmaq məqsədilə bu vərdişini önə çəkə bilər.
Uşağa bu vərdişi tərgitməsi üçün zaman verilməli və səbrli olmaq lazımdır. Valideynlərin bu mövzuda səbrli olması prosesin daha tez və rahat keçməsi baxımından təsirli olacaq.

Uğur inkişaf mərkəzinin mütəxəssisi Aysel Sərkarlı
0 rəy :
Yorum Gönder