Uşaqlar böyüdükcə keçilməsi lazım olan hər mərhələ də getdikcə çətinləşir. Bura tualet vərdişi, barmaq əmmə, əmziyi tərgitmə və s. daxildir.
Amerika Pediatriya Akademiyası, yuxu əsnasında əmzik istifadə edilməsinin ani körpə ölümünün qarşısının aldığını iddia edir. Üstəlik barmaq əmməyə görə daha az diş problemlərinə rast gəlinir. Uşaqların çoxu 2- 4 yaş arasında özbaşına əmziyi buraxırlar. Ancaq 4-5 yaşlarında hələ əmzik istifadə edən bir uşağın ağız quruluşunda problemlərin olması riski daha yüksəkdir. Bəzi mütəxəssislər əmziyin qulaq infeksiyalarına, dişlərin inkişafına və danışmanın gecikməsinə səbəb olduğunu söyləyirlər. Uzun sözün qısası, qalıcı dişlər çıxmadan bu asılılıqdan xilas olmaq lazımdır. Uşaq böyüdükcə əmzikdən daha asılı hala gəlir. Onunla inadlaşmaq, ona cəza vermək əmzikdən xilas olmağın tam əksinə olaraq ondan asılılığı artırır.
Əmziyi buraxmaq üçün bir neçə məsləhət:
1. 3 yaşında bir uşaq danışıq anladığı üçün, ona artıq böyüdüyünü izah etmək lazımdır. Böyümənin faydalarından bəhs edib, davranışlarıyla əlaqədar iltifatlar edirik və nəzakətli, paltarlarını özü geyinən böyük uşaqların artıq əmzik istifadə etmədiklərini xatırladırıq.
2. Limit təyin etmək: Tədricən uşağın əmzik əmmə vaxtlarını qısaltmaq lazımdır. Məsələn: yalnız evdə, yalnız yuxuda və ya yalnız gecə yuxusunda. Əmzik yalnız yuxuda istifadə edilirsə, oyandığında əmziyini yataqda buraxması lazım olduğunu söyləyə bilərik. Etiraz etmədən etdiyində də nə qədər sevindiyimizi göstərib onu xoşbəxt edən bir şeylər edə bilərik. Əsla məcburiyyətdən istifadə etmirik, çünki bu əks təsir göstərə bilər.
3. Əmzik istədiyində onu əyləndirmək lazımdır. Hər hansı bir nağıl danışmalı və ya mahnı oxumaq yaxşı bir həll üsuludur.

0 rəy :
Yorum Gönder