8 Şubat 2016 Pazartesi

Əmzik Pərisi metodu



  Melissa Burnett'in yazdığı, gecələri böyük uşaqların əmziklərini yığıb, bunları əmzikləri olmadığı üçün ağlayan yeni doğulan körpələrə aparan Palina adlı pərinin hekayəsindən bəhs etmək istəyirəm. Metod 2 yaşdan sonra tətbiq olunmalıdır. Əmzikdən xilas olmaq üçün seçilən doğru zamanda, körpənin həyatında stress yaradacaq başqa bir şeyin (yeni doğulmuş bacı - qardaş, yeni məktəb, yeni ev, və s) olmaması lazımdır. İlk əvvəl 2 yaşındakı uşağımıza gecələri böyük uşaqları ziyarət edən 'Əmzik Pərisi'-ndən bəhs edirik. Adını siz valideynlər qoya bilərsiniz, bu uşağın sevdiyi bir ad da ola bilər. Pərinin artıq əmziyə ehtiyacı olmayan böyük uşaqların əmziklərini yığıb, bunları yeni anadan olan balaca körpələrə payladığını və böyük uşaqlara da bir hədiyyə buraxdığını izah edirik. Hekayəni sıradan bir nağıl kimi bir neçə dəfə danışırıq. Hələ ki nağılı şəxsiləşdirmirik, yəni pərinin bizim evə gəlməsindən bəhs etmirik. Pərinin varlığından xəbərdar edirik sadəcə. Əmziyin tamamilə ortadan qaldırmağı düşündüyümüz gündən 3 gecə əvvəl metodun tətbiqinə başlayırıq və hər gecə uşağımıza nə olacağını təkrar təkrar söyləyirik. Məsələn: Fərz edək ki, bazar axşamı başladıq, əmzik pərisinin 3 gün içində gələcəyindən bəhs edirik. Bu gecə, sabah gecə və sonrakı gecə əmziyi ilə yuxudan duracağını, ancaq üçüncü gecədən sonra pərinin gələcəyini də deyirik. Bütün əmziklərini bir yerə toplamaq lazım olduğunu xatırladıb, pərinin gəlib əmziklərini aldıqdan sonra təşəkkür etmək üçün ona bir oyuncaq ya da bir hədiyyə qoyacağını da deyirik. İkinci və üçüncü gecələrdə də eyni hekayəni nəql edirik. Dördüncü gecə bütün əmzikləri tək-tək yığırıq və onları bir qutu, bir çanta və ya bir torbaya qoyuruq. Torbanı da qapının və ya pəncərənin önünə qoyuruq. Əslində ən yaxşısı hara, necə qoyacağımıza uşağın qərar verməsini təmin edirik. Hər zamanki yuxu rutinini yerinə yetiririk. Əmzik pərisinin bu gecə gələcəyini və əmziklərini aparıb ehtiyacı olan kiçik körpələrə verəcəyini və buna görədə ona bir oyuncaq buraxacağını xatırladırıq. Səhər yuxudan oyandıqda sevgi dolu böyük bir qucaqlamadan sonra əmzikləri qoyduğumuz yerə gedirik əmzik pərisinin buraxdığı oyuncağı görürük! (Evdəki bütün əmzikləri atdığınızdan əmin olun)
"Əmzik pərisi səni də ziyarətə gəlsin mi?"-deyə övladımıza sual verə bilərik. Əmzik Pərisi metodunu tətbiq etməzdən əvvəl uşağın əmziksiz qalmağa dözümlü olub-olmadığını yaxşıca anlamaq lazımdır.

Uğur inkişaf mərkəzinin mütəxəssisi Aysel Sərkarlı

Related Posts:

  • Sürü psixologiyası                                            Bu qavram ilk dəfə 1848ci ildə Amerikanın siyasət sistemində istifadə … Read More
  • Travma         Travma insanın ego bütünlüyünü təhdid edən,onun ruhunu sarsıdan hər hansı bir şiddətli faktordur. Travmada həyatımıza,bədənimizə,inanclarımıza,sevdiklərimizə qarşı bir təhdid var.Travma qəfil… Read More
  • Psixoloji Konsultasiya nədir?       Psixoloji konsultasiya fərdin özünü tanıması,özünü dərk etmək bacarığını qazanması, problemi təyin etmək və həlli yolları tapmağı,qərar verməsi,potensialını artırması, cəmiyyət içində sağlam müna… Read More
  • Öyrənilmiş çarəsizlik (Learned Helplessness)      Çarəsizlik öyrənilir.Yaşadığımız travmalar nəticəsində meydana çıxır. Bu nəzəriyyə 1977ci ildə Amerikalı psixoloq Martin Seligman öyrənmək prosesini tədqiq etmək məqsədilə aparılan təcrübələr nəticə… Read More
  • Burnout ( Tükənmişlik sindromu) Son zamanlarda yeni iş mühiti, idarəetmə sistemi, görülən işlərin keyfiyyəti, rəqabət və sair səbəblərə bağlı olaraq ortaya çıxan tükənmişlik sindromuna nəzər salaq. Burnout iş mühitində rast gəlinən psixoloji stresin bi… Read More

0 rəy :

Yorum Gönder