17 Mayıs 2016 Salı

Sürü psixologiyası

                                     
     Bu qavram ilk dəfə 1848ci ildə Amerikanın siyasət sistemində istifadə olunmağa başlamışdır.Dan Rice adlı kloun (sirk artisti)  o illərdə arabadan(at arabası) istifadə edərək seçkilərdə səs toplama turlarına qatılıb.Bu arabada yüksək səsli,şən musiqilərdən istifadə olunub və "arabaya qoşul" şüarıyla insanların diqqətini çəkirmiş.Bununla populyarlıq əldə edərək  seçkidə qalib gəlir.Bu qavramın ortaya çıxma səbəbi olan bu hadisəyə görə sürü psixologiyası ingilis dilində "Bandwagon effect"  adlanır.Sürü psixologiyası təməlində bir çox qanun və şərtlərin müəyyən inanc,grup, partiya,ölkə və s. insanları arasında yayılmasıdır.Burada önəmli olan insanlar tərəfindən həmin inancın həyata keçmə ehtimalının qəbul edilməsi, çox böyük bir kütlənin ona inanmasına bağlı olmasıdır.Sürü psixologiyası bütün yaş grupları arasında cəmiyyətdə müxtəlif təbəqədən olan insanlar arasında rast gəlinən bir vəziyyətdir.Xüsusən gənc nəsil buna daha çox meyillidir.
      Uğurlu insanların davranışları,vərdişləri,inancları ətrafdakılara daha çox güvən, inam hissi verir.Belə insanları izləmək normal insani bir davranışdır.Uğurlu insanın populyarlığı və etibarlılığından təsirlənən,onun cazibəsinə qapılan insan analitik düşünmənin vacib olduğu analiz etmə bacarığını itirir.Siyasətdə sürü psixologiyası bir siyasi cərəyanı sadəcə populyar olmasına görə dəstəkləyən seçicilərdə rast gəlinir.Buna görə də seçicilər qazanma şansının çox olduğunu təxmin etdiyi namizədi dəstəkləyirlər.
    İnsanların hər hansı qrupa adaptasiya olmasının ən böyük səbəblərindən biri, tənha qalmaq qorxusudur.Əgər zehnimiz qorxularla dolu olmasaydı hər zaman aydın və analitik düşünərdik.Əgər qərarlarımızda məntiq və tutarlılıq yoxdusa gözü bağlı digərlərini təqib edirik.
  İş həyatında komanda üzvləri,komandasının və ya digər komanda üzvlərinin performanslarında çatışmazlıqların olduğunu görməməzlikdən gəlməyə çalışar. Bunun səbəbi,verilən qərarların doğruluğuna mühakimə etmədən hər zaman komandasını dəstəkləməyə meyilli olmalarıdır.Bunun kimi fərqli situatsiyalar insanlar sürü psixologiyasının mənfi cəhətlərini yaşayırlar.Sürü psixologiyası bəzi insanların və digər canlıların bütün olaraq özünü qavrama və dərk etmə davranışının təməlində qərar vermə qabiliyyətinin yoxluğunun nəticəsidir.Amma onu da qeyd edək ki cəmiyyətin təzyiqi,cərəyanlar,piarlar və sair içində sözün əsl mənasında təsirlənməmək mümkün deyil.Hamımız qərar vermək və irəli getmək üçün həyatın reallığını mənimsəməliyik.Qərarlarımızın doğruluğundan əmin olmasaq da öz prinsip və həyat fəlsəfəmizə daim müraciət etməliyik.

Uğur İnkişaf Mərkəxinin mütəxəssisi Psixoloq-konsultant Nərgiz Qaravəliyeva

0 rəy :

Yorum Gönder