İçindəki coşğun hisslər,insanı fərqli cür davranıb,danışmağa sövq
edir.Bir neçə saatlıq yuxu ilə özünü dincəlmiş hiss etdiyi üçün günlük yuxu
vaxtı azalır. Həddindən artıq çox pul xərcləmək, mənasız şəkildə işə
investisiyalar etmək, təhlükəli və sürətli şəkildə maşını idarə etmək maniada
rast gəlinən problemlərdəndir.
Mania keçirən insanda yersiz şəkildə özünə inam hissləri olur. Özlərinə
həddindən artıq güvənirlər. Bu güvən hissi psixozluğa kimi gedib çıxır. Məsələn
özlərini dünyanın bütün problemlərini həll edə biləcək bir lider, politoloq və
ya peyğəmbər kimi görürlər. Nitqlər söyləyir, öyüd-nəsihətlər verir, hətta
Allahın ona vergi verdiyini iddia edir, ətrafda müqəddəs işarələr gördüyünü
söyləyirlər.
Manianın sonu depresiyadır. "ÇOX
GÜLƏN ÇOX AĞLAYAR" atalar sözlərini təsdiqləyən manik atak keçirən
insanlar daha sonra depresiya yaşayır. Buna görə də mania ayrıca bir xəstəlik
hesab edilmir. Mania və depresiya eyni psixoloji pozğunluğun 2 mərhələsi hesab
olunur. Sanki hisslərini balanslayan şeyin pozulması ucbatından ucqar nöqtələrdə
gəzir. Gah həddindən artıq şən və gümrah olur gah da qaranlığın dərinliklərinə
gedir. Arada normal olsa da mania və depresiya arasında gedib gəlir.
Bu psixi pozğunluq depresiyadan daha az yayılıb.Genetikanın rolu
böyükdür,birinci dərəcədən qohumlarda rast gəlinən insanların bunu keçirmə
ehtimalı böyüyür. Daha gənc yaşlarda üzə çıxır.
Bununla mübarizə aparmaq üçün bir çox dərmanlar var. Xəstələr
sağalandan sonra qoruyucu dərmanları qəbul etməlidirlər. Bəzən bunu qəbul etmədiklərində
xəstəliyin yenidən geri gəlmək ehtimalı var. Psixoterpiya ilə buna səbəb şəxsiyyət
xüsusiyyətləri, duyğu, düşüncə, davranış sistemində dəyişikliklər edilərək
pasiyentin vəziyyəti yüngülləşdirilə bilinər.
Uğur İnkişaf Mərkəxinin mütəxəssisi Psixoloq-konsultant Nərgiz Qaravəliyeva
0 rəy :
Yorum Gönder