5 Mart 2016 Cumartesi

Karyera konsultasiya

 
 İş seçmək həyat tərzini seçməkdir. Bir çox insan seçdiyi işin qarşısına çıxaracağı həyat tərzini bilmədiyi və onu araşdırmadığı üçün özünü uğursuz,səmərəsiz və özünü bədbəxt hiss etməkdədir.
Bu uğursuzluğu yaşamamaq üçün hər fərdin cavablandırması vacib olan bəzi sualları olmalıdır:
1) Özümü 30 yaşımda necə görmək istəyirəm? Necə bir həyat yaşamaq istəyirəm?
2) Böyük bir şirkəttə,dövlət işində və ya öz şəxsi işimi qurmaq istəyirəm?
3)  Böyük şəhərdə və ya kiçik şəhərdə yaşamaq istəyirəm?
4) Çox pul qazanmaq istəyirəm?
5)  Sabit bir iş yoxsa riskli bir iş istəyirəm?
6) Səyahət etməyi sevirəm?
7) Hansı şəraitdə çalışmaqdan zövq alaram?Açıq havada?Ya qapalı binada?
8) Hansı dərsləri zövq alaraq oxuyuram?
9) İnsanlarla yaxşı yola gedəbilirəmmi?

                          Universitetə daxil olduqdan sonra yaranan suallar:
1)  Oxuduğum universitetdən məzun olduqdan sonra bir iş sahibi olacağam!?
     Cavab: Bəli
2) Bu işin mənə bəxş edəcəyi həyat tərzi məni xoşbəxt edəcək!? 
    Cavab: Xeyr isə
3) 4-5 illik universitet programında illərini itirmiş,hədər etmiş biri olacam yaxud marağım olan bir sahədə təhsil almış biri olacağam?
      Avropada sənaye rəhbərləri arasında aparılan bir sorğuda,müassir iş həyatında gənclərdən necə iş keyfiyyətləri tələb edildiyi soruşulduğunda,gənclərin xüsusilə bu 5 sahədə bacarıqlarını inkişaf etdirmələri gərəkli olduğu ortaya çıxmışdır:
1) Ünsiyyət qurma bacarığının inkişaf etdirilməsi
2)Qrup şəklində çalışma bacarığının inkişaf etdirilməsi
3) Hər hansı probləmlə qarşı-qarşıya gəldikdə onu həll etmək bacarığının inkişaf etdirilməsi
4) Öyrənmə bacarığının inkişaf etdirilməsi
5) Xarici dil
            Karyera konsultasiyası bütün bu proseslərdə sağlam şəkildə qərar vermək,qarşılaşılan problemlərlə baş etmək üçün psixoloji konsultasiyanın bir sahəsidir.Karyera konsultasiyası inkişaf etmiş ölkələrdə erkən yaşlarda,ibtidai siniflərdə başlanır.Daha ciddi şəkildə 8-9-cu sinif şagirdləri üçün aparılır.Konsultasiya zamanı şagirdin marağı olan sahələr,bacarıqları,akademik uğuru(məktəb qiymətləri),şəxsiyyəti,xarakteri,psixoloji aspekdən zəif və üstün cəhətləri müyyən edilib ortaq qərarla ona uyğun ən uğurlu sənət,iş sahəsi seçilir.Əlavə olaraq sənət və işlər,ona uyğun prestijli universitetlər tanıdılır.Lazım gəldikdə valideynlər,müəllimlər və digər önəmli rolu olan insanlar da bu proseduraya qatıla bilir.


 Unutmayaq! Heç bir işin gələcəyi yoxdur.O işlə məşğul olan insanın gələcəyi vardır. 
                                                                                                   Dr.George W. Crane 


Uğur inkişaf mərkəzinin mütəxəssisi psixoloq Nərgiz Qaravəliyeva

0 rəy :

Yorum Gönder