8 Şubat 2016 Pazartesi

Uşaqlarda barmaq əmmə vərdişi

Barmaq əmmək, normal uşaqlarda hər hansı bir psixo-patoloji faktor olmadan 3-4 yaşlarına qədər görülən bir davranışdır. Zərərsiz bir davranış olan barmaq əmməyə körpələrin hamısında rastlanmasının səbəbi, yeni doğulan körpələrin barmaq əmməyi daha ana bətnində, (əmmə refleksi hamiləliyin 34-cü həftəsində inkişafa başlayar və doğulduğunda bu refleksə sahib olaraq doğular) öyrənmiş olmaları və doğuşdan sahib olduqları ən güclü reflekslərdən olmasıdır. Nadir olaraq yeni doğulan bəzi körpələrin barmaq ya da biləklərində görülən qabarcıqlar bunun bir nəticəsidir. Anaların böyük bir əksəriyyəti barmaq əmmənin aclıqdan qaynaqlandığını düşünürlər. Amma, barmaq əmmək 50%-dən 87%-ə qədər bir nisbətdə qidalanmaya bağlı olmayan geniş bir davranış xüsusiyyətidir. 1 yaşında uşaqların az qala yarısı barmaqlarını əmərlər. 9 ayından etibarən yuxuyla barmaq əmmə arasında yaxın bir əlaqənin olduğu, yuxusu gələn körpənin barmağını ağzına apardığı görülür. Uşağa barmaq əmməyi çəkindirmək üzrə edilən səylər, 3 yaşına qədər uşaq tərəfindən müqavimətlə qarşılanır. Bəzi körpələr yeni dişlərinin çıxması, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını əmərlər. Ümumiyyətlə 18 aya qədər olan uşaqlarda getdikcə artan barmaq əmmənin 4 yaşına doğru itməsi gözlənilər. Barmaq əmmək 5-6 yaşlarına qədər davam edərsə, dişlərdə deformasiyaya səbəb ola bilər. Davamlı barmaq əmmə vərdişi psixoloji problem və gərginliklərin bir nəticəsi olaraq da inkişaf edə bilər.
Valideynlər barmağını əmən uşaqların çənə sümükləri və dişləri üzərindəki təsirlərini düşünərək narahatlığa qapıla bilər. Barmaq əmmənin dişlərə nə qədər təsir etməsi barmaq əmmə müddətinə və ən əhəmiyyətlisi barmağın ağızdaki duruşuna bağlıdır. Süd dişlərində yaranan dəyişiklik 6 yaşından sonra çıxan əsl dişlərə də təsir etməkdədir.

Uğur inkişaf mərkəzinin mütəxəssisi Aysel Sərkarlı

0 rəy :

Yorum Gönder