29 Nisan 2016 Cuma

Sağlam təməlli evliliyin sirrləri

     
    Evlilik həyatı paylaşmaqdır.Cütlüklər arasında paylaşılan şeylər nə qədər çoxdursa evlilikləri o qədər sağlam olur.Buna həm mənəvi həm də maddi şeylər daxildir.Amma nə üçünsə son zamanlarda sadəcə maddi şeylər əsas götürülür.
   Həyatın hər bölümündə,bütün işlərdə olduğu kimi evlilikdə ən vacibi niyyətdir.Evliliyi davam etdirmək niyyətində olanlar hər cür çətinliyə baxmayaraq bunu davam etdirirlər.Belə bir niyyəti olmayanlar bəhanə uydurmağa hər zaman hazır olurlar.
   Maddi çətinliklər,xəyanət,sonsuzluq,qadının ekonomik azadlığı mövzusunda anlaşılmazlıqlar,ailə daixili fiziki və mənəvi şiddət,ailə dəyərləri və mədəniyyətlərarası fərqliliklər,ünsiyyət qurmaqda problemlər,xroniki xəstləliklər və ölümlər evlilikləri sonlandıran bir çox səbəblərə daxildir.Sadəcə qarşısındakı insanın özü kimi dəyərli olduğunu düşünən və sağlam emosional bağlar qura bilən cütlüklərin evlilikləri daha uzun ömürlü olur.
  Özündə səhvlərini qəbul etmək,üzr istəməyi bacarmaq evlilikdə vacib şərtlərdəndir.
Monotonluq evlilik həyatı üçün riskli vəziyyətdir.Günlük həyatını rəngləndirməyi bacaran cütlüklərin evliliyi daha uzun ömürlü olur.Ən azından bir yerdə heç getmədiyi yerləri gəzib,sakit yürüyüşlər edilə bilinər.
  Evlilikdə paylaşmağın vacibliyini vurğuladıq.Cütlüklər çəkinmədən,utanmadan bir biri ilə problemlərini,onları narahat edən hər bir şeyi paylaşmağı bacarmalıdır.
İnsanların bir çox maddi ehtiyacları vardır.Ancaq bəzən maddi vəziyyətləri bunları qarşılayacaq qədər olmur.Bacardığı qədər "ayaqlarını yorğanına görə uzadan" cütlüklərin evlilikləri daha uzun ömürlü olur.Müassir qadın ailəsinə dayaq yeri gələndə ekonomik cəhətdən həyat yoldaşına dəstək olmalıdır.Həyat yoldaşına (kişiyə) "bankomat"," pul qabı" kimi baxan qadınların ailə daxilində sağlam ünsiyyət qura bilməsi mümkünsüzdür.
   Evlilik iki fərqli insanın ortaq bir nöqtədə birləşməsi olduğu üçün bu fərqliliklərdən qaynaqlanan anlaşılmazlıqların ortaya çıxması normaldır.Cütlüklər arasında münaqişələr əslində hər iki insanın fərdiliklərini itirmədiklərinin və fikirlərini azad bir şəkildə ifadə edə bilməklərinin bir göstəricisidir. Ancaq bu münaqişələrin sayı çoxaldıqda sözlü və fiziki şiddətə çevriləndə,ailənin digər üzvləri də fiziki və psixoloji olaraq təsirlənməyə başladığında ciddi problemlər əmələ gəlir.
  Cütlüklər arasında  fərqli səbəblərdən qaynaqlanan bir-birinə qarşı  hirs və qəzəbin üzə çıxması,iş və ya dostları arasında olan neqativ hisslərin istiqamət dəyişdirib həyat yoldaşlarına əks etdirmələri ( işdə baş verən neqativ hadisələrin, müdürünə olan qəzəbin heyfini gəlib evdəkilərdən çıxarması), münasibətlərindəki xoşagəlməz məqamların dilə gətirilməyib,daim gizlədilməsi münaqişələrin artmasına,şiddətli davalara çevrilməsinə gətirib çıxarır.
   Cütlüklər arasında münaqişələr uşaqlara təsirsiz ötüşmür təbii ki.Onların fiziki və psixoloji təsirlənmələrinə,travma almalarına səbəb olur:
·         Münaqişə əsnasında cütlüklərin yüksək səslə qışqırması uşaqlarda qorxu hissinə səbəb olur.
·        Uşaqlar daim ana- atalarının boşanacağı ehtimalı ilə qorxu içində yaşayırlar.
·         Münaqişələrə fiziki şiddət də daxil olanda uşaqlar onların fiziki bütünlüklərinə zərər gələ biləcəyi ehtimalından ehtiyyat edib, özlərini güvənsiz hiss edib, bəzi psixosomatik əlamətlər ( ürək bulantısı, baş ağrısı, qarın ağrısı, yuxusuzluq və sair)  göstərə bilərlər.
·         Ana və atalar münaqişələrin psixoloji təsiri altında valideynlik vəzifələrini tam yerinə yetirə bilmirlər.Uşaqlarına lazımi qədər sevgi,şəfqət,qayğı və səbr göstərənmirlər.
·         Valideynlərin depressiv ruhi vəziyyətləri uşaqlarda da əks olunur.Uşaqlar da özünü depressiv hiss edir,həyatdan heç bir fəaliyyətdən zövq ala bilmirlər.
·         Münaqişələrin təsiri altında olan valideynlər uşaqlarına tutarsız davranırlar.Bir gün çox isti,sevgi dolu digər gün çox soyuq davranırlar.Bu da uşaqlarda bir çox davranış pozğunluqlarına gətirib çıxarır.

 Cütlüklər münaqişlərdən uşaqların zərər görməsinin qarşısını almaq üçün bunlara diqqət edə bilər:

·     1) Müzakirə sözlü və ya fiziki şiddətə çevirməyin.(təhqir etmək, döymək və sair)
·    2) Müzakirənin hər hansı problemə həll yolu tapmaq üçün edildiyini unutmayın,münaqişəni döyüş         meydanına çevirməyin.
·    3) Müzakirələrin ana-atalıq vəzifəsini yerinə yetirməyə mane olmasına icazə verməyin.
·    4)Uşaqlara münaqişələrin analıq və atalıqla bağlı bir şey olmadığını,ər və arvad arasında bəzi problemləri həll etmək üçün olduğunu və sizin uşaqların buna daxil olmasını istəmədiyinizi açıq şəkildə izah edin.
·   5)Uşaqların emosional olaraq çox təsirləndiyini,davranışlarında və psixologiyalarında dəyişikliklər, pozğunluqlar olduğunu hiss etdiyinizdə profesionala,psixoloqa müraciət edin.
    6)Münaqişə zamanı cütlüklər bir birilərini təhqir edib,şəxsiyyətlərini incitdiyi zaman uşaqların onları model aldığını unutmamalıdırlar.Uşaqlar da gələcək həyatlarında eyni vəziyyətlərdə eyni cür (ata-anaları kimi) davranacaqlar.Əgər hər zaman eyni insan təhqirə məruz qalırsa,uşaqlar ya incidilən tərəf ilə eyniləşir onun yaşadığı hisslərə bənzər hisslər yaşayır ya da digər valideyn ilə eyniləşir,təhqir olunan,incidilən tərəfə onun göstərdiyi reaksiyaları göstərir.Hər iki ehtimalda da uşaqlarda psixoloji, davranış pozğunluqları müşahidə olunur. Ya çox içinə qapanıq, asosial ya da həddindən artıq aqressiv olduqları görülür.




Uğur inkişaf mərkəzinin mütəxəssisi psixoloq Nərgiz Qaravəliyeva

1 yorum :

  1. Salam, doktor Amiso adlı böyük bir insanın köməyi ilə hsnabdımı necə geri qaytardığım haqqında bir az danışmaq üçün buradayam bütün dostlarımı salamlayıram. Mənim adım Nana Tahir, Sumqayıtdan, Azərbaycan. On il evləndikdən sonra həyat yoldaşımla nəhayət ki, məni tərk edib başqa bir qadınla birlikdə olmaq üçün Texas şəhərinə köçənə qədər bir mübahisə və ya digər vəziyyətdə qaldıq. Həyatımın bitdiyini və uşaqlarımın atalarını bir daha görməyəcəyini düşündüm. Mən yalnız uşaqlar üçün güclü olmağa çalışırdım, ancaq ürəyimə vuran ağrıları idarə edə bilmədim, ürəyim kədər və ağrılarla dolu idi, çünki ərimə həqiqətən aşiq idim. Hər gün və gecə onun haqqında düşünürəm və həmişə onun yanıma gəlməsini arzulayıram, həqiqətən kədərləndim və köməyimə ehtiyacım var idi, ona görə də onlayn kömək axtardım və Dr.Amiso-nun əşyaların geri qaytarılmasına kömək edə biləcəyini təklif edən bir veb saytına rast gəldim. tez. Ona görə də sınayacağımı hiss etdim. Mən onunla əlaqə saxladım və o, nə edəcəyimi söylədi və mən bunu etdim və o zaman mənim üçün bir sevgi yazısı etdi. 48 saatdan sonra ərim həqiqətən mənə zəng etdi və məni və uşaqları çox darıxdığını, bu qədər heyrətləndirdiyini söylədi! Beləliklə, eyni gündə çoxlu sevgi və sevinclə geri döndü və səhvinə görə və mənə və uşaqlara verdiyi acıya görə üzr istədi. O gündən bəri, evliliyimiz əvvəlkindən daha güclü idi, hamısı Dr.Amiso sayəsində. o qədər güclüdür və hekayəmi internetdə bölüşmək qərarına gəldim ki, Dr.Amiso həqiqi və güclü çubuq kəsicisi, problemlər zamanı uşaqlarına kömək etmək üçün uzun yaşamaq üçün dua edəcəyəm, əgər buradasınızsa və sizin Ex ehtiyacınız varsa geri və ya əriniz başqa bir qadına köçdü, dünyada və ya Xərçəng məsələsində tanımaq istədiniz, seçdiyiniz sevgilinizlə evlənmək və ya Boşanma halları, Sağlamlıq və ya Ailə problemləriniz, İş təklifləri və Uğurlar, ümumiyyətlə heç nə etmə imtina et, daha ağlama, indi bu güclü sehrlə əlaqə qur. Budur onun şəxsi e-poçt ünvanı: herbalisthome01@gmail.com

    YanıtlaSil