8 Şubat 2016 Pazartesi

Autizmin gözüylə Dünya


Çox zaman ətrafdakıların gözü ilə baxdığınız bu dünyaya istədim birdə mənim gözümlə baxasınız.

Mənim adım Autizmdir.Haqqımda hamının bildiyi bir çox məlumatları istənilən internet saytldan əldə edə bilərsiniz.Bu hamı üçün əlçatandır.Lakin,mənim haqqımda məlumata sahib olmağınız sizin məni tanıdığınız mənasını vermir.Mən özümü tanıtmaq üçün ilk sizdən başlamaq qərarına gəldim.
Adımın Autizm olmasına baxmayaraq insanlar məni çox zaman fərqli ifadələrlə səsləyirlər,məs: "Allahdan gələn bəla".
Əsasəndə müxtəlif suallarla məndə öz cavablarını axtarmağa çalışırlar:"niyə məhz mən?","günahım nə idi ki,qarşılığı bu qədər ağır oldu?","axı sən niyə digərlərindən fərqlisən?"...Niyə?...
Övladınızın autizmli doğulması nə sizin,nə yoldaşınızın,nə də körpənizin günahı deyil!
Hər bir insan,siz və ətrafınızdakılar kimi fərqli olaraq dünyaya göz açır.Övladınızda sizin kimi və sizlərdən fərqli olaraq dünyaya gəlib.Bu fərqliliyin nə olduğunu anlayıb,övladınızın bugünkü və gələcək həyatının rahatlığı üçün mənimlə barışın.Məhz bu zaman siz övladınızla birlikdə uğur əldə eləmiş olacaqsınız.
Bəli körpəniz gec öyrənəcək,onun üçün insanları anlamağa çalışmaq çox çətin olacaq,bəzən sizin səbriniz daşacaq,bəlkədə gizlincə bir otağa çəkilib bir müddət ağlayacaqsınız,vəziyyətdən çıxış yolu axtararkən bəlkədə ümidsizliyə qapılacaqsınız.Unutmuyun siz mənimlə barışdıqdan sonra ümid çırağını öz əllərinizlə yandıracaqsınız.Elə isə daha yaxında tanıyın məni.

Körpənizi qucağınıza aldığınız andan etibarən onu tanımağa çalışırsınız.İlk iki il hərzamanki kimi keçir,siz onu anlamağa çalışdıqca körpənizdə olan bir çox "laqeydlik"sizi narahat etməyə başlayır.Sizə qarşı olan maraqsızlığı sizin üçün ilk sual işarəti olmalıdır.Siz körpənizi yatağında götürmək istərkən onun ani qışqırığı,qollarınızı açıb onu qucaqlamaq istədikdə körpənizin bundan imtina etməsi,adını çağırdıqda səsə yönəlməmək,saatlarla səzzsiz,sakit,tək başına qalmaqdan "mənun" olmaq,sizinlə səbəb nə olursa olsun göz kontaktı qurmamaq nəylərinsə yolunda getmədiyinə aid sizdə yaranan ilk şübhələr olmalıdır.

Bütün bu diqqətsizlik körpənizin İQ-nün aşağı olduğu mənasını verməz,tam əksinə,övladınız bir çox insanların eləməkdə çətinlik çəkdiyi yaxud uzun vaxt tələb eddikləri puzzle-ları qısa bir müddətdə yığa,riyazi biliklərə yaxşı yiyələnə bilər,bir çox məntiqi oyunlarda digər uşaqlardan çox daha yaxşı və düzgün cavablar verə bilər.
Körpəniz autizm adı altında dünyaya gəlibsə o sizin aldığınız "bahalı"oyuncaqlar yerinə saatlarla öz barmaqları ilə oynamağı,yaxud çalışan paltaryuyan maşını izləməyi üstün görə bilər,durduğu yerdə dayanmadan fırlana bilər,uzun müddət sizi görməsə belə bunun fərqində olmaya bilər,ona veriyiniz suallara cavab vermək yerinə sualları təkrarlaya bilər,hansısa əşya sayəsində özünü sıxılmağa məruz qoya bilər,körpənizin mühitə qarşı maraqsızlığı fəsilləri qarışdırmasına səbəb ola bilər,beləki yayda qış,qışda isə yay paltarı geyinməyi lazım bilə bilər,bacı,qardaşı yaxud dostlarıyla münasibəti çok sərt ola bilər,ehtiyacını dilə gətirmək yerinə əlinizdən istifadə edərək nə istədiyini işarə edə bilər,təhlükəsizlik hissinin nə olduğunu anlamadığı üçün çox təhlükəli manevrlar edə bilər,sinemada film izləyərkən yaxud markettə alış-veriş zamanı o anidən bərkdən qışqıraraq ağlaya bilər.

Bütün bu yaşanan narahatlığı aradan qaldırmaq üçün övladınızı "təlimçiyə" əmanət etməzdən əvvəl siz özünüz bu narahatlığın səbəblərini öyrənmək üçün cəhd etməlisiniz.
Övaladınızın keçirdiyi krizlərin səbəbi çox bəsit ola bilər.Bəlkə köynəyinin düyməsi açılıb?,və ya olduğunuz qonaqlıqdakı,marketdəki səs-küydən narahatdır?,körpənizin hərzaman yediyi yemək menyusundakı ani dəyişlik onu qıcıqlandırır?,o an xoş təəssüratlarla xatırladığı keçmişdən bir fraqmenti yaşamaq istəyir?..Və..Və...

Sizin övladınızla birlikdə keçdiyiniz təlimlər nəticəsində həm siz mənimlə barışmağın yollarını öyrənəcəksiniz,həmdə övladınızın gündən-günə rahatlaşan həyatından sizdə zövq alacaqsınız.

Mən Autizməm.Özümlə və övladınızla barışığam.Bəs siz bizimlə barışmağa hazırsınızmı?

Unutmayaqki autizm bir problem deyil, fərqlilikdir!!!

Tünzalə Talıblı

0 rəy :

Yorum Gönder